Prokurorluq Bakıda intihar edən gənclə bağlı məlumat yaydı



 

İyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Baş Prokurorluqdan SeherXeber.org-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. 

Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.