Mahir Emreli “Legiya”da daha bir qol vurdu



 

Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

SeherXeber.org xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə qarşılaşıb.

Görüş bərabərliklə başa çatıb - 1:1. Mahir Emreli start heyətində meydana çıxdığı  oyunda komandasının yeganə qoluna imza atıb.

O, 39-cu dəqiqədə fərqlənib və 70-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.