Rafael Ağayev Olimpiadada çətinlik çəkəcəyi rəqiblərinin adlarını AÇIQLADI



 

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək karateçilərimiz bu gün MOK-da keçirilən mətbuat konfransında fikirlərini bildirib. 

SeherXeber.org həmin fikirləri təqdim edir: 

Rafael Ağayev: “İstanbulda məşqlərimi edirəm. Buradan yenə ora qayıdacağam. Məqsədim Olimpiadada medal qazanmaq yox, qızıl medal qazanmaq olacaq. Çətin rəqiblər yapon Ken Nişimura və italyan Luici Buzadır. Yaponla döyüşüm alınmır deyə çətinlik çəkdiyimi deyirəm. Amma italyanla 16 döyüş keçirmişəm, həmişə döyüşlərim çətin olub”. 

Firdovsi Fərzəliyev: “Parisə yollananda lisenziyam yox idi. 14 saatımı zalda keçirdim. Təxminən 10 döyüş keçirdim. Şükür Allaha ki, kollektiv Şəkildə çəkdiyimiz əziyyətin bəhrəsini gördük”.

İrina Zaretskaya: “Sevinirəm ki, karatenin ilk dəfə yer aldığı Olimpiadada iştirak edəcəyəm. Çox gözəl kollektivlə Olimpiadada təmsil olunacağıq. Ümid edirəm ki, Azərbaycan xalqını sevindirəcəyik”. 

Səbuhi Musayev