AVRO-2020-nin daha bir 1/8 final cütü müəyyənləşdi



 

AVRO-2020-nin daha bir 1/8 final cütü müəyyənləşib.

SeherXeber.org xəbər verir ki, A qrupunun ikincisi Uels millisi bu mərhələdə B qrupunun ikincisi Danimarka ilə qarşılaşacaq.

Bu görüş iyunun 26-da Niderlandın paytaxtı Amsterdamdakı Yohan Kroyf adına arenada baş tutacaq. Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionunda 1/4 finalda oynamaq imkanı əldə edəcək.

Qeyd edək ki, daha əvvəl 1/8 finalın İtaliya – Avstriya cütü müəyyənləşmişdi.

Səbuhi Musayev