AVRO-2020: Almaniya Portuqaliyanı qol vurmasına peşman edir - YENİLƏNİR + VİDEO



 

Almaniya daha bir qol vurdu. Bu dəfə Kay Haverts 51-ci dəqiqədə hesabı 3:1 etdi.

21:05

Portuqaliya – Almaniya oyununda ikinci hissə gedir. Almaniya 2:1 qalib gəlir.

20:39

Almaniya millisi ardıcıl iki avtoqolla hesabda önə çıxdı.

Əvvəlcə dördqat dünya çempionu Almaniya millisi hesabı 35-ci dəqiqədə bərabərləşdirdi. UEFA Çempionlar Liqasının finalçısı Ruben Dias öz qapısına qol vurdu – 1:1. Bu, Almaniya millisinin bu turnirdə ilk qolu sayılır.

Daha sonra 39-cu dəqiqədə Almaniya ikinci qolu vurdu. Bu dəfə Portuqaliya millisinin digər müdafiəçisi Rafael Qereyru avtoqola imza atdı.

20:17

Portuqaliya millisi 15-ci dəqiqədə hesabı açdı. Diequ Jotanın qapı önünə ötürməsindən sonra Kriştianu Ronaldu fərqlənməkdə çətinlik çəkmədi – 1:0. Bununla da Ronaldu turnirdə qollarının sayını üçə çatdırmaqla Çexiya millisinin forvardı Patrik Şikə çatdı.

20:01

AVRO-2020-nin F qrupunun Portuqaliya – Almaniya görüşü başlandı.

SeherXeber.org xəbər verir ki, oyun Münxendə keçirilir.

Komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

Portuqaliya (4-2-3-1): Ruy Patrisiu, Nelson Semedu, Ruben Dias, Pepe, Qereyru, Vilyam Karvalyu, Danilo, Bernardu Silva, Bruno Fernandes, Dioqu Jota, Ronaldu (kapitan) 

Almaniya (3-4-2-1): Noyer, Rüdiqer, Humels, Qinter, Qosens, Kroos, Gündoğan. Kimix, Müler, Haverts, Qnabri

Qeyd edək ki, bu matçda Portuqaliya qələbə qazanacağı halda, 1/8 finala vəsiqə qazanacaq.

Səbuhi Musayev