AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq - AFİŞA



 

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 

SeherXeber.org xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.

Əvvəlcə F qrupu çərçivəsində Macarıstan və Fransa yığmaları üz-üzə gələcək.

Günün ikinci matçı isə turun mərkəzi görüşü olacaq. Belə ki, Portuqaliya və Almaniya milliləri münasibətlərinə aydınlıq gətirəcək. 

E qrupunda isə İspaniya və Polşa yığması qarşı qarşıya gələcək.