Pele Neymar barədə: “Onun mənim rekordumu qırmasına azarkeşlik edirəm”



 

Braziliya millisinin əfsanəvi futbolçusu Pele “PSJ”nin hücumçusu Neymarın milli komandada onun qol rekordunu keçmək ehtimalı barədə danışıb.

Bu barədə Pele “Instagram” hesabında yazıb.

“O oğlanı hər dəfə görəndə gülümsəyir. Cavab olaraq gülməmək mümkün deyil. Bütün braziliyalılar kimi mən də onun necə futbol oynamasını görəndə xoşbəxt oluram. O, Braziliya millisində mənim qol rekorduma çatmaq üçün daha bir addım atdı. Mən onun rekordumu keçməsinə azarkeşlik edirəm”, - deyə Pele bildirib.

Qeyd edək ki, Amerika Kubokunda Peru ilə qarşılaşmada fərqlənən Neymar millidə qollarının sayını 68-ə çatdırıb. Pelenin rekordu isə 77 qoldur.