Rusiyalı məşhur müğənni MakSimin səhhətində problemlər yarandı - FOTO



 

Tanınmış rusiyalı müğənni MakSim (Marina Abrosimova) ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə ifaçı özünün “Instagram” hesabında bildirib.

O, qızdırmasının yüksək olduğunu, ancaq COVID-19 testinin cavabının mənfi çıxdığını qeyd edib.

Müğənni iyunun 19-na təyin olunmuş konsertini ləğv etmək məcburiyytəində qalıb.

Xatırladaq ki, 2019-cu ildə baş verən yol qəzasında ağır xəsarət alan MakSim ötən il səhhətindəki problemlrlə əlaqədar musiqi karyerasını dayandırdığını elan etmişdi. O, uzun müddət müalicə almalı olmuşdu.