“Masters of Sex” serialının ulduzu skuterlə toqquşma nəticəsində öldü - VİDEO



 

“Gone Girl” filmi və “Masters of Sex” serialı ilə məşhur olan amerikalı aktrisa Lisa Beyns skuterdə naməlum şəxslə toqquşduqdan sonra ölüb.

Bu barədə “New York Post” xəbər yayıb.

Məlumata görə, 65 yaşlı aktrisa Nyu-Yorkun mərkəzindəki piyada keçidində qırmızı işıqda keçən skuterin sürücüsü tərəfindən vurulub.

Qəzanın səbəbkarı hələ də axtarışdadır.

Liza Beyns “Cocktail”, “Freedom Writers” və “Dragonfly” da daxil olmaqla 80-dən çox film və serialda rol alıb. O, həmçinin “Yaxşı həyat yoldaşı” və “Ümidsiz ev xanımları” kimi televiziya layihələri ilə də tanınırdı.