Yaponiyada qadınların siyasi fəaliyyəti artırılır



 

Yaponiya parlamentinin aşağı palatası qadınların ölkənin siyasi həyatında iştirakını artırmaq üçün qanun qəbul edib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayır.

Qəbul olunan qanuna görə, partiyalar cinsi təcavüzlə mübarizə ilə bağlı məsuliyyət daşıyır və uşağa baxdığına görə siyasi fəaliyyətinin qarşısı alınan qadınların ayrı-seçkiliyinə qarşı durmağı öhdəsinə götürür.

Eyni zamanda, hökumət və yerli hakimiyyət orqanları bu problemlərin qarşısını almaq və həll etmək üçün təlimlər və məsləhətləşmələr aparmalı olacaqlar.

Hazırda Yaponiyada rəhbər vəzifələrin yalnız 15 faizini qadınlar tutur.