Qəribə qəza: Avtomobil bağça ilə dirəyin arasında ilişib qaldı - FOTO/VİDEO



 

Türkiyənin İstanbul şəhərində baş verən qəzanın görüntüləri hər kəsi təəccübləndirib. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxan avtomobil bağ ilə dirəyin arasında ilişib qalıb.

Bu barədə IHA kadrlar yayıb.

Bildirilir ki, hadisə nəticəsində avtomobildə olan iki nəfər yüngül yaralanıb.