ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırıb



 

ABŞ İranın üç nəfər keçmiş hökumət üzvü və ölkə neftinin ticarətinə cəlb edilmiş iki Çin şirkəti barədə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, sanksiyalar tətbiq olunan şəxslərin, eləcə də şirkətlərin davranış və statuslarındakı dəyişiklik səbəbindən aradan qaldırılıb.

“Reuters”in məlumatına görə, ABŞ hökumətindən bu qərarın İran nüvə proqramı ilə bağlı aparılan danışıqlarla heç bir əlaqəsi olmadığı bildirilib.