Təhsil nazirindən müəllimlərin işəqəbul imtahanları haqqında AÇIQLAMA



 

“Yay ərzində müəllimlərin işəqəbul imtahanını da keçirməyi düşünürük”.

SeherXeber.org-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

“13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işəqəbul imtahanını keçirəcəyik”, - deyə nazir bildirib.

O əlavə edib ki, hər il 52 min nəfər imtahana qoşulur: “Bunun da nəticəsində doqquz minə yaxın insan işlə təmin olunur”.

İlhamə Əbülfət