Şuşa ilə bağlı qanun layihəsi üçüncü oxunuşdan da keçdi



 

Milli Məclisin iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

SeherXeber.org-ın məlumatına əsasən, sənəd müzakirələrdən sonra qəbul edilib.

Bu qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. 

Qanun layihəsinin birinci maddəsində yazılıb ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.