“Barselona” Kumanı Arteta ilə əvəzləyə bilər



 

“Barselona” keçmiş oyunçusu Mikel Artetanı baş məşqçi postuna gətirə bilər.

Bu barədə “Marca” yazıb.

Nəşr qeyd edir ki, Ronald Kuman artıq qarşıdakı həftələrdə qovula bilər. Xavi isə Qətərin “Əl-Sadd” klubundan ayrıla bilmir. Bu halda baş məşqçi postuna ən ideal namizəd kimi Artetanın adı irəli sürülür.

Xatırladaq ki, Mikel Arteta hazırda “Arsenal”ın baş məşqçisidir.