Tokio Olimpiadası üçün Azərbaycanın rəsmi geyim forması hazırdır



 

Azərbaycan nümayəndə heyətinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan rəsmi idman forması hazırdır.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinin SeherXeber.org-a verdiyi məlumata görə, adətən Olimpiya Oyunları ilə bağlı  rəsmi geyim formaları və bir sıra digər aksessuarlar ictimaiyyətə Oyunlara yaxın bir dövrdə nümayiş etdirilir.

MOK-un Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov belə bir nümayişin Azərbaycanın Olimpiya komandasının Oyunlara getməzdən öncə bütün iştirakçı federasiyalar və işturakçılarla birgə keçiriləcək xüsusi tədbirdə baş tutacağını bildirib. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-ü və bağlanış mərasimi isə avqustun 8-də baş tutacaq.