Erkən avtoqol, mübarizə, əzm və “comeback”: “Keşlə” Kubokun qalibidir – FOTO



 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

Masazırdakı “Bank Respublika Arena”da baş tutan həlledici oyunda “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Oyunda hesabı “Sumqayıt” açıb. Amma qalan dəqiqələrdə iki qol vuran “Keşlə” əzmkar qələbə qazanıb.

Beləcə, “Keşlə” tarixində ikinci dəfə Azərbaycan kubokunun qalibi olub. “Sumqayıt” isə ikinci dəfə oynadığı kubokun finalında yenə uduzan tərəf olub.

Azərbaycan kuboku
Final
24 may

“Keşlə” – “Sumqayıt” 2:1

Qollar: Ş.Əliyev, 37. M.Boyoviç, 57 – M.Boyoviç, 3 (avtoqol)

Fotolar: Firudin Səlimov