“Keşlə”yə ölkə kuboku təqdim olundu - FOTO



 

Azərbaycan Kubokunun finalında “Sumqayıt”la qarşılaşan və qələbə qazanan “Keşlə”yə kubok və medalları təqdim olunub.

SeherXeber.org xəbər verir ki, “Bank Respublika Arena”dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

Əvvəlcə finalda məğlub olan “Sumqayıt” klubunun üzvlərinə gümüş medallar verilib. Ardınca isə ölkə kubokunun qalibi “Keşlə” qızıl medallarını alıb.

Paytaxt təmsilçisinin kapitanı Tərlan Quliyevə kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Foto: Firudin Səlimov