“Lill” 10 il sonra çempion oldu



 

Fransa Liqa 1-də “Lill” on il sonra tarixində 4-cü dəfə çempion olub.

Bu, Liqa 1-in son turunda müəyyənləşib.

Kristof Qaltyenin baş məşqçi olduğu kollektiv 38-ci turda səfərdə “Anje”ni məğlubiyyətə uğradıb - 2:1. Qalib komandanın ikinci qolunu 45+1-ci dəqiqədə penaltidən Burak Yılmaz vurub.

Bununla da xalını 83-ə çatdıran “Lill” PSJ-nin səfərdə “Brest”i 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, ən yaxın izləyicisi ilə 1 xallıq fərqi qoruyub.