Levandovski Gerd Müllerin rekordunu geridə qoydu



 

Münhen “Bayern”inin hücumçusu Robert Levandovski Almaniya çempionatında rekorda imza atıb.

Bu barədə “Haber Global” yazıb.

Belə ki, son turda “Auqsburq”la qarşılaşmada fərqlənən futbolçu bu mövsüm 41-ci qolunu vurmaqla əfsanəvi futbolçu Gerd Müllerin 40 qolluq rekordunu geridə qoyub.