“Atletiko” 11-ci dəfə İspaniya çempionu oldu - VİDEO



 

Madridin “Atletiko” klub tarixində 11-ci dəfə İspaniya çempionu olub. 

La Liqanın sonuncu – 38-ci turunda keçirilən oyunlar həm çempionluğun, həm də digər mükafatçıların taleyinə aydınlıq gətirib.

Səfərdə “Valyadolid”ə 2:1 hesabı ilə qalib gələn “hindular” xalını 86-ya yüksəldib.

Paytaxtın digər təmsilçisi “Real Madrid”i isə evdə “Vilyarreal”la 1:1 hesablı heç-heçə edərək, liderdən 4 xal geri düşüb və gümüş medal qazanıb.

Bürünc medalı isə son oyunda səfərdə “Elçe”ni 1:0 hesabı ilə məğlub edən “Barselona” 79 xalla əldə edib. 

Qeyd edək ki, “Atletiko” sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğunu qazanmışdı.