Fəridə Əzizova: “Biz futbol oynayanda top ancaq havada olur”



 

“Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərovu tanımıram. Baxmayaraq ki, yaşıdıq və o da mənim kimi Qusardandır. Təəssüf ki, azərbaycanlı futbolçularla o qədər də əlaqəm, tanışlığım yoxdur. Amma qapıçı Kamran Ağayevlə birgə tədbirdə olmuşam”.

SeherXeber.org-ın xəbərinə görə, bunu taekvondo üzrə ikiqat dünya və Avropa mükafatçısı Fəridə Əzizova deyib.

Azərbaycanı üçüncü dəfə Olimpiadada təmsil edəcək 25 yaşlı idmançı Milli Olimpiya Komitəsinin rəsmi “Instagram” hesabında saytımızın əməkdaşının futbolla bağlı verdiyi sualı cavablandırıb:

“Futbola baxan deyiləm. Bu da daha çox vaxt azlığı ilə bağlıdır. Amma futbol oynayıram. Ümumiyyətlə, taekvondoçular futbol oynayanda top yerdə olmur, ancaq havada olur (gülür). Futbol oynayanda adətən müdafiəçi oluram. Amma bəzən qapıda da dururam”.