Rafael Ağayevin finaldakı rəqibi: “O, dünya çempionu olanda, mən karateyə yeni başlamışdım” - FOTO



 

Ukraynalı karateçi Stanislav Qoruna bu gün Avropa çempionatının finalındakı rəqibi Rafael Ağayevi tərifləyib.

SeherXeber.org-ın xəbərinə görə, bu gün Bakı vaxtı ilə saat 14:00-dan etibarən başlayacaq final mərhələsindən döyüşü öncəsi 32 yaşlı Qoruna özündən dörd yaş böyük rəqibini “əfsanə” adlandırıb:

“Rafael bir əfsanədir. O, 2006-cı ildə ilk dəfə dünya çempionu olanda, mən hələ iki il idi ki, karateyə başlamışdım. Mənim ona böyük məktəb keçmiş, unikal idmançı kimi inanılmaz hörmətim var”.

Qeyd edək ki, bu iki idmançının ən yaddaqalan görüşü iki il əvvəl Minskdə keçirilmiş II Avropa Oyunlarında olub. Həmin vaxt Qoruna 4:0 qalib gəlmişdi. Bundan sonra ukraynalı məşqçi sevincini əlindəkiləri havaya tullamaqla, idmançı isə akrobatik tullanış etməklə qeyd etmişdi. Bunu isə Rafael hər zaman qələbədən sonra əlini sıxdığı rəqibindən özünə qarşı hörmətsizlik kimi qəbul etmişdi.

Səbuhi Musayev