Avropada 2020/2021 mövsümünün ən yaxşı oyunçusu seçildi - FOTO



 

Madridin “Real” klubunun 33 yaşlı fransalı hücumçusu Karim Benzema Fransanın “Onze Mondial” jurnalı tərəfindən təqdim olunan 2020/2021 mövsümündə Avropanın ən yaxşı oyunçusu mükafatını alıb.

O, səsvermədə səslərin 20,1 faizini qazanan “Barselona”nın argentinalı hücumçusu Lionel Messi və Münhenin “Bavariya” klubunun oyunçusu Robert Levandovskini (11,3 faiz) qabaqlayıb.

K.Benzema özü 47,3 % səs yığıb.

Bu mövsüm Benzema Madridin “Real” komandasında 29 qol və 8 məhsuldar ötürmə etməklə 45 görüşdə iştirak edib.

Messinin aktivində 48 matçda 38 qol və 14 qolla nəticələnən ötürmə, Levandovskinin isə 39 oyundan 47 qolu və 9 məhsuldar ötürməsi var.