Bakının əsas prospektində nəqliyyat vasitəsinin aşması tıxaca səbəb oldu - FOTO



 

Bakının əsas yollarından birində nəqliyyat vasitəsi aşıb. Bu isə öz növbəsində tıxaca səbəb olub.

SeherXeber.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi rəsmisi Mayis Ağayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev prospekti-hava limanı yolunda (Yeni Ramanaya dönən hissədə Mərdəkan istiqamətində) nəqliyyat vasitəsi aşıb. Qəza səbəbindən hazırda hər iki istiqamətdə sıxlıq müşahidə edilir.

Səbuhi Musayev