Kələxana türbələri dövlət mühafizəsinə götürüldü



 

“Şamaxı rayonunun Kələxana kəndində yerləşən “Türbələr kompleksi” (səkkiz ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb”.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, türbələr XVII əsrdə inşa olunub:

“Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər.

“Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.