“Ruslan Abışova ateist olduğumu bildirəndə, daha mənimlə danışmadı” - Dreksa
“Neftçi”dən ayrılan çexiyalı müdafiəçi Pavel Dreksa yerli mətbuata açıqlamalar verib. “Qafqazinfo”nun məlumatına görə, o, Azərbaycanda keçirdiyi günləri xatırlayıb:
“Müsəlman ölkələrində yaşamaq çətindir. Çexiyada az saytda müsəlman var. Zdenek Folprextlə eyni otaqda qalırdım. O gedəndən sonra isə kapitanla birlikdə qalmağa başladım. Komandanın kapitanı Ruslan Abışov idi.
O, əsl müsəlman idi və hər zaman dua edirdi. Nə zaman ki, ona atetis olduğumu etiraf etdim, bir daha mənimlə danışmadı. O, bunu başa düşə bilmirdi. Lakin təkcə Ruslan belə deyildi”.