Boliviyada futbol qarşılaşması cəmi doqquz dəqiqə davam etdi - VİDEO



 

Boliviya çempionatının VII turunda maraqlı hadisə baş verib.

SeherXeber.org xəbər verir ki, “Royal Pari” komandası çempionatın lideri “Ze Stronqest”lə oyunda meydana yeddi futbolçu ilə çıxıb.

Komandanın az sayda oyunçu ilə meydana çıxmasının səbəbi əsas futbolçuların koronavirusa yoluxması olub.

Artıq görüşün səkkizinci dəqiqəsində meydan sahibləri azlıqda olan rəqibinin qapısından üçüncü topu keçirib. Daha sonra doqquzuncu dəqiqədə “Royal Pari”nin müdafiəçisi Kevin Roxasın zədələnib oyundan çıxmasından sonra say altıya enib. Bu səbəbdən baş hakim qaydalara uyğun olaraq, matçın ləğv olunduğunu bildirib.