Ronaldu məşqdə iştirakdan imtina edib “Ferrari”nin zavoduna yollandı



 

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 35-ci turunda “Milan”a məğlubiyyətdən (0:3) sonra komandanın növbəti məşqini buraxaraq “Ferrari”nin Maranello şəhərində yerləşən zavoduna yollanıb.

Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

36 yaşlı forvard “Formula 1”də çıxış edən "Ferrari" komandasının pilotları Karlos Sayns və Şarl Lekler ilə görüşüb.

O, hər iki pilota öz soyadı və imzası olan futbol formasını hədiyyə edib.