Azərbaycanlı idmançı Rusiyada mütləq çempion oldu - FOTO/VİDEO



 

6-9 may tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən pauerliftinq idman növü üzrə növbəti Avropa çempionatında Azərbaycan idmançıları qızıl medallar qazanıb.

SeherXeber.org-ın xəbərinə görə, ölkəmiz bu yarışda iki idmançı ilə təmsil olunub.

17-19 yaşlılarda klassik pauerliftinq növündə Məhəmməd Hüseynov (-90 kq) üç hərəkətin cəmində 670 kq nəticə ilə birinci olub.

Yığma komandamızın üzvü, Əməkdar idman ustası Ramil Əhmədov (-100 kq) yerden qaldırma (deadlift) hərəkətində 320 kq nəticə ile həm birinci yeri tutub, həm də çıxış etdiyi divizonda Avropanın mütləq çempionu adını qazanıb.

Ramil Əhmədov SeherXeber.org-a açıqlamasında bu qələbəsini şəhid hərbçilərimiz – general Polad Həşimov, bodibildinqçi Muxtar Qasımlı, Mübariz İbrahimov və digərlərinin əziz xatirəsinə həsr etdiyini bildirib.

Səbuhi Musayev