Olimpiya mükafatçımız Olimpiadadan kənar qaldı



 

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib.

SeherXeber.org xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxıb.

Son Olimpiya mükafatçımız Patimat Abakarova (-49 kq) artıq uduzaraq mübarizəni dayandırıb. Fəridə Əzizova (-67 kq) isə Andrea Mokanuya (Rumıniya) qalib gəlməyə çalışacaq.

Son Olimpiya çempionumuz Radik İsayev (+80 kq) isə lisenziya uğrunda mübarizəyə sabah qatılacaq.

Qeyd edək ki, daha əvvəl Milad Beiqi (-80 kq) Olimpiadaya lisenziyanı 2019-cu ildə təmin edib.