Mourinyunun gəlişi ilə “Roma” erməni futbolçunu göndərə bilər



 

“Roma” klubunun erməni futbolçusu Henrix Mxitaryan Joze Mourinyunun komandaya gəlişindən sonra paytaxt təmsilçisini tərk edə bilər.

Bu barədə jurnalist Nikolo Skira “Twitter” hesabında yazıb.

Buna səbəb erməni futbolçu ilə portuqaliyalı mütəxəssisin münasibətlərinin kifayət qədər gərgin olmasıdır.

Xatırladaq ki, Joze Mourinyu ilə erməni futbolçunun münasibətləri hələ hər ikisi “Mançester Yunayted”də olarkən gərgin xarakter alıb.