Çempionlar Liqası finalının İngiltərədə keçirilməsi təklif olundu



 

İngiltərənin “Aston Villa” klubu UEFA-ya müraciət edib.

Bu barədə “Sky Sport” xəbər verib.

Klubun müraciətində təklif olunub ki, Çempionlar Liqasının builki finalı əvvəlcədən planlaşdırıldığı kimi İstanbulda deyil, İngiltərənin “Villa Park” stadionunda keçirilə bilər.

Klub öz təklifini koronavirus pandemiyası səbəbindən ölkələrarası səyahətlərdən yayınmağın vacibliyi, eləcə də turnirin həlledici oyununda məhz iki ingilis klubunun iştirakı ilə əsaslandırıb.

Qeyd edək ki, 2020/21-ci illər mövsümü Avropanın ən nüfuzlu klub yarışmasının final qarşılaşması mayın 29-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.