Azərbaycanda koronavirusa ən aktiv yoluxma hansı yaş aralığındadır?



 

“Yeni yoluxmalarda yaş faktorunda dəyişiklik yoxdur. Ən aktiv yoluxma 30-59 yaş qrupunda olan insanlarda müşahidə edilir”. 

SeherXeber.org-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

“Virusa yoluxanlar arasında epidemioloji vəziyyət başlayandan bu günə qədər qadınların sayı üstünlük təşkil edir. Regionlarla yanaşı paytaxtda yoluxma sayı daha çoxdur. Amma ümumilikdə ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”, - deyə Y.Qarayeva qeyd edib.

Könül Cəfərli