İtlərini gəzintiyə çıxaran qadın ayının hücumu nəticəsində faciəvi şəkildə həlak olub



 

ABŞ-ın Kolorado ştatında itlərini gəzintiyə çıxaran 39 yaşlı qadın ayının hücumuna məruz qalaraq faciəvi şəkildə həlak olub.

“The Sun” nəşri xəbər verir ki, qadının cəsədini ilk olaraq onun sevgilisi aşkar edib. O , qeyd edib ki, meyit parçalara ayrılmış vəziyyətdə olub.

İşdən qayıdan kişi evin yaxınlığında itlərin sahibsiz vəziyyətdə olduğunu aşkar edib. Hüquq-mühafizə orqanları qadının cəsədinin yaxınlığında çox sayda ayı izi və tüklər tapıblar.

Hadisə ilə əlaqədar istintaq başlayıb.

“Bizim şəhərdə ayıların insanlara hücumu son dərəcə nadir hadisədir. Bu faciəli hadisə ayıların vəhşi canlı olduğunu və insanların həyatına potensial təhlükəli yaratdığını bizə bir daha xatırlatdı”, - faciənin baş verdiyi Duranqo şəhərinin cənub-qərb bölgəsi üzrə meneceri Kori Çik söyləyib.