Fermer bilmədən Fransa-Belçika sərhədini dəyişdi



 

Belçikanın Fransa sərhədinə yaxın bölgəsində yaşayan fermer sərhədi təyin edən daşdan narahat olub və onu iki metr uzaqlaşdırıb.

“TRT Haber” məlumat verir ki, o, bununla iki ölkə arasındakı sərhədi dəyişdirib.

Fermer buna tarlasını şumlayarkən daşın traktoruna mane olmasını əsas gətirib.

Hadisəni meşədə gəzintiyə çıxan bir tarix həvəskarı aşkarlayıb.

İki ölkə arasındakı sərhədi işarələyən daşın Fransa ərazisinə doğru 2.29 metr irəliləməsi onun diqqətini çəkib.

Xoşbəxtlikdən, hadisə diplomatik böhrana səbəb olmayıb. Tərəflər məsələni yumorla müzakirə ediblər.

Belçika rəsmiləri fermerlə əlaqə qurmağı və daşı əvvəlki vəziyyətinə qaytarmasını xahiş etməyi planlaşdırırlar.