Meqan Markl uşaqlar üçün kitab yazıb



 

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl uşaqlar üçün “Skameyka” adlı kitab yazıb.

“Reuters” agentliyi xəbər verir ki, kitab 8 iyundan satışda olacaq.

Kitab ata ilə oğul arasındakı münasibətlərdən bəhs edir.

M. Marklın dediyinə görə, kitabın yazılması ideyası Atalar günündə əri üçün yazdığı şeirdən sonra yaranıb.

Müəllif qeyd edib ki, kitab fərqli ailələrdən bəhs edir.