İstanbulda dəhşət: Fidyə üçün girov götürdükləri şəxsin işgəncə görüntülərini ailəsinə yolladılar - VİDEO



 

Türkiyənin İstanbul şəhərində dəhşətli hadisənin üstü açılıb. Belə ki, pakistanlı şəxs qaçırılaraq işgəncə edilib, bununla bağlı görüntülər isə ailəsinə göndərilərək fidyə istənilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, İstanbulda tək yaşayan pakistanlı M.S.-dan bir neçə gün xəbər çıxmadığını görən müdiri bu barədə polisə məlumat verib. Hüquq mühafizə orqanları gəncin Pakistandakı ailəsi ilə əlaqə yaradıblar. Bu zaman məlum olub ki, naməlum şəxslər M.S.-ya işgəncə etdikləri barədə görüntüləri qohumlarına yollayıb, onu buraxmağın müqabilində 50 min avro fidyə istəyiblər.

Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları M.S.-nın müdirindən fidyəçilərlə görüşünü təşkil edib. Esenyurt rayonunda görüş zamanı şübhəlilərlə pul mübadiləsi aparılan zaman iki nəfər saxlanılıb. Onların dindirilməsi zamanı girovun Arnavutköydə bir evdə saxlanıldığı müəyyənləşib. Hüquq mühafizəçiləri tərəfindən dərhal girov xilasetmə əməliyyatına başlanılıb və həmin evə basqın həyata keçirilib. Günlərlə ağır işgəncəyə məruz qalan pakistanlı gənc xilas edilib.

Evdən elektrohşok aləti, silah, dəyənək və bıçaq müsadirə edilib.

Saxlanılan 6 əcnəbi isə həbs olunub.