Bakıda 26 yaşlı gənc yol qəzasında xəsarət aldı



 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, avtomobillə motosikletin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Tural Muxtarov xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol pəncənin sınığı diaqnozu qoyulub.