Çempionlar Liqasının finalında “Mançester Siti”nin rəqibi kim olacaq?



 

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.

SeherXeber.org xəbər verir ki, finalı İstanbulda keçiriləcək turnirdə “Mançester Siti”nin rəqibi müəyyənləşəcək.

Komandalarda oyun qabağı itkilər çox azdır. “Çelsi”də xorvatiyalı Mateo Kovaçiç, Madrid “Real”ında Dani Karvaxal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqdir. “Real”ın digər müdafiəçisi Rafael Varanın meydana çıxıb-çıxmayacağı isə bilinmir.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

23:00 “Çelsi” (İngiltərə) – “Real” (İspaniya)

İlk oyun – 1:1