Ronaldunun Bakıda oynayacağı stadion müəyyənləşdi



 

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan milli komandasının Portuqaliya yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.

SeherXeber.org xəbər verir ki, Azərbaycan millisinin Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya ilə oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, bu matç sentyabrın 7-də, saat 20:00-da başlayacaq.