Vacib oyunda kobud səhv buraxan 20 yaşlı qapıçı: “Topa tez tullandım” - VİDEO
“Ayaks”ın yetirməsi olan gənc qapıçı Kell Sxerpen ötən gün Avropa Liqasının 1/4 finalında keçirilən “Ayaks”-“Roma”(1:2) oyununda buraxdığı kobud səhvdən danışıb.
20 yaşlı qapıçının fikirləri UEFA-nın rəsmi saytında dərc olunub.
Qeyd edək ki, Kell Sxerpen “Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrininin cərimə zərbəsindən onun üstünə vurduğu topu əlindən buraxaraq rəqib komandanı sevindirib.
“Cərimə zərbəsi gözlədiyim kimi yerinə yetirildi. Qarşımda çoxlu oyunçu var idi, amma buna baxmayaraq zərbəni dəf etməli idim. Yəqin ki, topa çox tez tullandım. Məğlubiyyətlə barışmaq çox çətindir”, - deyə “Ayaks”ın qapıçısı bildirib.