Hakimin nəyə görə Holandan avtoqraf istədiyi bəlli oldu



 

Çempionlar Liqasında “Mançester Siti” və Dortmund “Borussiya”sı arasında keçirilən qarşılaşmadan sonra yan xətt hakimi Oktavyan Şovrenin futbolçu Erlinq Holandan avtoqraf almasının səbəbi bəlli olub.

Bu barədə idman jurnalisti Emanuel Roşu “Twitter” hesabında yazıb.

Arbitr qarşılaşmadan sonra futbolçuya yaxınlaşıb və qeyd dəftərini imzalamasını istəyib.Norveçli hücumçu isə etiraz etməyib.

Jurnalist Emanuel Roşu isə bildirib ki, futbolçu autizmli xəstələrə kömək məqsədilə təşkil olunacaq hərracda satılması nəzərdə tutulan vərəqələrə imza atıb.

E.Roşu həmçinin “Barselona”nın hücumçusu Lionel Messinin də rumıniyalı arbitrin niyyətini öyrəndikdən sonra doqquz vərəqəni imzaladığını açıqlayıb.