Avropa çempionatı start götürdü: Olimpiya mükafatçımız mübarizəyə başlayır
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə böyüklər arasında Avropa çempionatına start verilib.
Oxu.Az xəbər verir ki, komandamız yarışda 11 idmançı ilə təmsil olunur.
İlk gündə dörd idmançımız dayanq üzərinə çıxıb. Belə ki, kişilər arasında Bəhruz Quluzadə (-54 kq) və Pərviz İsgəndərov (-58 kq), qadınlarda isə Minayə Əkbərova (-46 kq) və Olimpiya mükafatçımız Patimat Abakarova (-49 kq) mübarizə aparır.