Qvardiola Erlinq Holanı fantastik futbolçu adlandırdı
“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Dortmund “Borussiya”sının 20 yaşlı futbolçusu Erlinq Holan barədə yüksək fikirdə olduğunu bildirib.
50 yaşlı futbol mütəxəssisinin fikirlərini “The Guardian” nəşri dərc edib.
“Belə gənc yaşda bu qədər qol vurmaq asan deyil. Holan 20 yaşındadır və statistikası öz sözünü deyir. Hər iki ayağını yaxşı istifadə etdiyi üçün qol vurur. Həm əks hücumlardan sonra, həm də cərimə meydançasında fərqlənməyi bacarır. Hamı onun inanılmaz bir hücumçu olduğunu bilir. O, qeyri-adi hücumçudur. Yaşına görə inanılmazdır. Bu qədər”, - deyə ispaniyalı baş məşqçi söyləyib.