Daily Mail: Bakıdakı AVRO-2020 matçları tamaşaçıların iştirakı ilə keçiriləcək



 

Futbol üzrə Avropa çempionatının keçiriləcəyi 12 şəhərin hər birində təşkilatçılar oyunlarda tamaşaçıların iştirakını təmin etməyə hazır olduqlarını bildiriblər.

“Daily Mail” nəşri xəbər verir ki, onlar müvafiq bəyanatlarla Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) müraciət ediblər.

Məlumata əsasən, bəzi şəhərlərdə tribunaların yalnız 10% səviyyəsində doldurulacağı  açıqlanıb. Lakin UEFA bu rəqəmlə razı deyil və izləyici sayının artırılmasını tələb edir.

Qeyd edək ki, qurum AVRO-2020 zamanı stadionlardakı azarkeş kvotası ilə bağlı yekun qərarını aprelin 20-də qəbul edəcək.