Macarıstan komandası “Xəmsə” turnirinin qalibi oldu



 

Dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turnirinə yekun vurulub.

“Gaming League Azerbaijan”ın təşkil etdiyi yarışda Macarıstan komandası birinci olub.

“Budapest 5” komandası inamlı çıxışıyla yarışın qalibi adını qazanıb. Çempion komanda 2500 ABŞ dolları pul mükafatı əldə edib.

Ukraynanın “Marlian eSports” kollektivi ikinci, Belarusun “Zorka Gaming” komandası isə üçüncü yeri tutub. İkinci və üçüncü yerin sahibləri müvafiq olaraq 1500 və 1000 ABŞ dollar qazanıb.

Xatırladaq ki, turnirdə Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları iştirak edib. Ölkəmizi təmsil edən “Karabakh Horses” və “GMT Esports” komandaları erkən mərhələdə mübarizəni dayandırıb.

“Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birgə dəstəyilə təşkil edib. 

“Instagram” ünvanı: Glahub

“Youtube” ünvanı: Glahub