Türkiyə yığmasının daha bir futbolçusu koronavirusa yoluxdu - FOTO
Türkiyə millisinin futbolçusu Orkun Kökçü koronavirusa yoluxub.
“Anadolu” agentliyinin məlumatına əsasən, futbolçu bu barədə özünün “Twitter” səhifəsində paylaşım edib.
20 yaşlı yarımmüdafiəçi COVID testinin pozitiv çıxdığından təəssüfləndiyini və tezliklə meydanlara qayıdacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bugünlərdə Kökçü Niderlandda 21 yaşadək oyunçular arasında mart ayının ən yaxşısı seçilib.
Unfortunately I tested positive for Covid. Hopefully I'm back on the pitch soon