Holandın “Borussiya”da qalma şərti açıqlandı – FOTO



 

Dortmund “Borussiya”sı hücumçusu Erlinq Holandı daha bir il heyətində saxlamaq üçün əlindən gələni edir.

Tanınmış idman jurnalisti Fabrisio Romano özünün “Twitter” səhifəsində futbolçunun hansı şərtlə komandada qala biləcəyini açıqlayıb. O bildirib ki, əgər “Borussiya” ilin yekunlarına əsasən növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edə bilsə, o zaman norveçli forvardın daha bir il Almaniyada top qovması mümkündür.

Qeyd edək ki, hazırda Holand ilə “Berselona”, “Real” və bir sıra digər top klublar maraqlanır.