Qərəzli penaltiyə görə hakim 15 aylıq həbs edildi - VİDEO



 

Serbiyalı hakim Srdyan Obradoviç verdiyi penalti səbəbi ilə 15 ay müddətinə həbs edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Serbiyalı hakim həmçinin 10 il müddətinə futboldan uzaqlaşdırılıb.

Hakim üç il əvvəl oynanılan “Spartak” - “Radnicki” qarşılaşması ilə bağlı məhkəməyə verilib. Sözügedən qarşılaşmada qərəzli qərarlarla yadda qalan referi əvvəlcə “Radnicki”nin oyunçusuna qırmızı vərəqə göstərib, daha sonra isə 78-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi təyin edib.

Hər iki epizodda qərəzli yanaşma ilə seçilən hakim məhkəmədə günahı yan xətt hakiminə atıb və məhz onun penalti epizodundan futbolçunun əllə oynadığını bildirdiyini söyləyib.

Lakin məhkəmə hakimi qarşılaşmanı tərəf tutaraq idarə etməkdə günahkar bilib.